Sabah qar yağacaq


Digərləri 28 Yan 2018 13:05:00 255 0

Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-3° isti təşkil edəcək.