"Kavaninin qəlbi bizim kluba məxsusdur"


İdman 28 Yan 2018 12:49:00 256 0

"Kavaninin qəlbi bizim kluba məxsusdur"

PSG-nin prezidenti Nasser əl-Xəlaifi Kavaninin klub tarixində ən sərrast futbolçu olmasından danışıb. Goal.az xəbər verir ki, qətərli funksioner bunları deyib:

"Bu nailiyyət onun və klub üçün mühüm əhəmiyyət daşıyır. Edi böyük bombardir, əla hücumçu, gözəl insandır. Onunla fəxr edirik. Ən əsası onun PSG tarixinə düşməsidir. Bunu 2 günə etmək mümkün deyil. 5 il öncə onu transfer etməklə düzgün iş görmüşük. Çətin vaxtlarda Kavaniyə dəstək olmuşam. Onun qəlbi bizim kluba məxsusdur. Getmək istəməsini düşünmürəm".

Qeyd edək ki uruqvaylı forvard "Montpellier"lə oyunda fərqlənərək 156 qolla PSG tarixinin ən yaxşı bombardiri olub. Qol sevincini qeyd etmək üçün formasını çıxaran futbolçunu əvvəlcə təbrik edən hakim daha sonra ona sarı vərəqə göstərib.