Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb - YENİLƏNİB


Dünya 28 Yan 2018 12:04:00 284 0

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb - YENİLƏNİB

7 hərbi təyyarə terroçulara məxsus sığınacaqları, silah-sursat anbarlarını və atəş nöqtələrini məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi "Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentlliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, gecə saatlarında 7 hərbi təyyarə PKK, PYD, YPQ və İŞİD-ə məxsus bir neçə sığınacağı, silah-sursat anbarını və atəş nöqtələrini məhv edib.

Bundan əlavə, PKK, PYD, YPQ və İŞİD-ə məxsus daha 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, hərbi əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 484 nəfərə çatıb.

***10:03

Son sutka ərzində Türkiyə Silahlı Qüvvələri (SQ) PKK, YPQ, PYD və İŞİD-in 53 terrorçusunu zərərsizləşdirib.

"Report" "Haberturk"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ-nin açıqlamasında deyilir.

Döyüşlər zamanı müxalif "Suriya Azadlıq Ordusu"nun 1 döyüşçüsü də həlak olub, habelə 4 nəfər xəsarət alıb.

Qeyd edilir ki, əməliyyat başlayandan ümumilikdə 447 terrorçu zərərsizləşdirilib.