Neymar və Kavani üçün əlamətdar oyun


İdman 28 Yan 2018 11:50:00 258 0

Neymar və Kavani üçün əlamətdar oyun

Fransa Liqasının 23-cü turunda "Montpellier"lə qarşılaşan PSG 4 cavabsız qolla qalib gəlib. Oyun Paris klubunun hücumçuları Neymar və Edinson Kavani üçün xüsusilə yaddaqalan olub. Goal.az xəbər verir ki, braziliyalı ulduz "Park des Prens"də 2000-ci qolu vurub. O, 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. PSG "Park des Prens"də ev oyunlarını 1974-cü ildən keçirir.

Edinson Kavani isə 11-ci dəqiqədə fərqlənərək Zlatan İbrahimoviçin rekordunu yeniləyib. Hazırda uruqvaylı forvard 157 qolla klub tarixinin ən sərrast oyunçusudur.