Birləşmiş Ştatlarda 37 uşaq qripdən öldü


Dünya 28 Yan 2018 09:00:00 226 0

Birləşmiş Ştatlarda 37 uşaq qripdən öldü

Birləşmiş Ştatlarda bütün ölkə ərazisini əhatə edən qrip epidemiyasından artıq 37 uşaq dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceralda istinadən "The Hill" qəzeti yazıb.

Ekspertlər hesab edirlər ki, epidemiyanın qarşısı alınana qədər ölənlərin sayı arta bilər. Bütövlükdə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın həyatı bahasına başa gələ bilər.