Tanınmış yazıçımız Afrika qəbilələrinin içində yaşayacaq


Digərləri 28 Yan 2018 08:29:00 422 0

Tanınmış yazıçımız Afrika qəbilələrinin içində yaşayacaq

Motivasiya psixologiyası üzrə çoxsaylı kitabların, həmçinin artıq bestsellərə çevrilmiş "Bu şəhərdə kimsə yoxdur" və "Relslər üzərində uzanmış adam" romanlarının müəllifi, statistikaya görə son illər Azərbaycanın ədəbi həyatında ilk dəfə olaraq əsərləri əcnəbilərinkindən daha çox oxunan tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlu bu dəfə Afrikaya gedib. Ədib səfərindən əvvəl Son.az-ın bəzi suallarını cavablandırıb:

##514295## - Rövşən bəy, yolunuz Afrikanın harasınadır?

-  Səfərimiz yanvarın 26-dan başlayır. Hələ ki, planlaşdırdığımız 2 ölkədə olmaqdır. Əvvəlcə Həbəşistana, indiki Efiopiyaya gedəcəyik. Paytaxt Əddis-Əbəbədə bir neçə qapalı və açıq səma altında böyük muzey var. Efiopiyada qazıntılar zamanı tapılmış ən qədim maddi-mədəniyyət nümunələri, o cümlədən dünyada məşhur olan "Lüsi" adlı avstralopitek 3 milyon 200 min il bundan əvvəl yaşamış canlının qalıqları var. Ümumilikdə arxeoloji və paleontoloji dəyərinə görə çox məşhur olan və araşdırma aparılan məntəqələrdə olacağıq. Efiopiyada Ardaminç şəhərinə və oradan yaxınlıqda yerləşən məşhur Omo vadisinə gedəcəyik. Omo vadisində sivilizasiyadan kənar qəbilələr yaşayır. Orda elektrik, telefon, internet, televiziya, texnologiya və s. heç nə yoxdur. Həmin insanlar öz ibtidai yaşayış tərzini hələ də qoruyurlar. Hətta onların əlifbası da yoxdur və yerli suaxili dilində yox, özünəməxsus fərqli dildə danışırlar. Onların arasında ən məşhuru mursi qəbiləsidir. Onlar, əsasən, öz mübarizliyi, aqressivliyi, döyüşkənliyi və özlərinə xas adət-ənənələri ilə tanınırlar. Bundan əlavə, hamer qəbilələrinin içində də olmaq istəyirik.

Efiopiyadan sonra  Tanzaniyaya gedəcəyik. Orada paytaxt Dar-əs-Səlamda və Mikumi Milli Parkında - safaridə olmağı düşünürük.

Bundan başqa istəyirik bir neçə gün Zənzibar adalarında olaq. Orada məşhur Stoun-Taun tarixi məntəqə var. Afrikanın ən qədim müsəlman məscidlərindən bəziləri orada yerləşir.

##577296## - Afrikanı seçməkdə məqsədiniz nədir?    - Hazırda Afrika qəbilələri barədə kitab üzərində işləyirəm. Həmin kitab üçün lazımi materialların toplanması məqsədilə az da olsa, həmin qəbilələrin arasında yaşamaq, onların adət-ənənələri ilə yaxından tanış olmaq, onları daha dərindən öyrənmək istəyirəm. Təbii ki, orda bələdçisiz keçinə bilmərik. Elə bir bələdçi tutmuşuq ki, ingilis dili ilə yanaşı yerli qəbilələrin də dilini bilsin, üstəgəl, onların arasında hörmət sahibi olsun. Yoxsa bizi yaxın buraxmazlar. Bundan başqa, səfərimizin məqsədinin elmi tərəfi də var. İstəyirik muzeylərə gedək, eksponatlarla yaxından tanış olaq. Hətta istəyirik muzeylərin rəhbərləri ilə görüşək və lazım olan mövzularda müzakirələr aparaq, məlumatlar əldə edək.    Məqsəd də odur ki, Afrika mühiti ilə daha yaxından tanış olaq, daha müfəssəl məlumatlar toplayaq və əldə etdiklərimizi elmi məqalələrdə və kitablarımızda istifadə edək.

"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"  - Afrika səfərinə çıxmaq ideyası hardan gəldi? Niyə məhz Afrika?

- İdeya əsasən, dediyim həmin o qəbilələr barədə kitabdan yarandı. Kitabda Afrika qəbilələri, xüsusən də piqmeylərdən danışılacaq. Piqmeylər Afrika qəbilələrinin arasında ən qısaboylularıdır. Uzun müddət, 19-cu əsrə qədər, hətta 20-ci əsrin əvvəllərinədək Afrikada digər insanlar piqmeyləri yeyirdilər. Hətta onlardan delikates kimi istifadə edirdilər. Avropalılar isə piqmeylərdi zooparklarda saxlayıb digər heyvanlarla yanaşı nümayiş etdirirdilər. Yəni piqmeylər uzun əsrlər boyu insan kimi qəbul edilməyib. Onları bir heyvan növü hesab edirdilər. Düzdür, piqmeylər, əsasən, Kamerun tərəfdə yaşayıblar. Bizim getdiyimiz şərqi və cənub-şərqi Afrikada isə ibtidailiyini qoruyub saxlamış qəbilələr yaşayır. Ərsəyə gətirmək istədiyim kitabda fəlsəfi bir məna olacaq. Kitabda piqmeylər insanlara sübut etməlidirlər ki, biz heyvan deyilik, insanıq. Piqmeylərin öz danışıq dili var, lakin onları heç kim - nə avropalılar, nə də digər yerli qəbilələr başa düşmür. Kitabın də məğzi ona köklənib ki, bir heyvanı insandan ayıran nədir? Çünki piqmeylərin dili fərqli, boyları çox qısa, bədəni tüklüdür, yəni zahirən meymunun bir növünə oxşayırlar. Biz müəyyən etmək istəyirik ki, insanı insan edən əsas amil nədir? Əgər zahirdirsə, piqmeylər meymuna, heyvana daha çox oxşayırlar. Bəs hansı faktor onları heyvanlardan ayırır? Məhz bunu ortaya çıxarmağa, oxucuya bu fəlsəfəni çatdırmağa çalışacağam. Afrikanı da bu məzmuna uyğun olduğu üçün seçmişəm.

   - Tək gedirsiz, yoxsa sizi müşaiyət edən kimsə var?    - Xeyr, tək deyiləm. Elvin Musayev adlı bir dostumuz var. Səfər müddətində o məni müşaiyət edəcək. Elvinin dediyim mövzulara, fəlsəfəyə böyük həvəsi var və bu əsərin ərsəyə gəlməsində çox maraqlıdır. Ona görə də mənimlə gedir. Düzdür, əvvəl planım tək getmək idi. Lakin onun təklifimdən sonra elə oldu ki, səfərə ikilikdə çıxmağı qərara aldıq. 


Xəbərə aid fotolar