Bu yazı xanımları kompleksdən qurtaracaq


Digərləri 28 Yan 2018 07:55:00 223 0

Bu yazı xanımları kompleksdən qurtaracaq

Qadınlar baxımlı olmağı sevir. Bəzən kişilərin cazibədar hesab etdiyi nüanslar biz xanımlar üçün sözün əsl mənasında qüsurdur. Elə bir xanım yoxdur ki, 2-3 kilo kökəldiyində bunu kompleks hesab etməsin. Lakin bu qədər kompleksli olmağa dəyməz. Psixoloqlar deyir ki, hər bir insanı cəkici edən nüans məhz özünün qüsur hesab etdiyi nüanslardır.

Son.az xanım oxucularına kişilərin cazibəli hesab etdiyi maraqlı nüansları təqdim edir:

Yaş faktoru, üzdəki qırışlar, bəyazlamış saçlar, xəfif qarın və s. bütün bunlar xanımları depressiyaya sala biləcək səbəblərdir. Bəs görəsən, bütün bu sadalananlara kişilər necə yanaşır? Kişilərin "cazibədar qadın" anlayışı ilə, qadınların "eybəcər qadın" anlayışı arasındakı oxşar və fərqli məqamlar hansılardır?

Xəfif göbəkli xanımlar. Siz nə qədər dümdüz bir qarın xəyal etsəniz də, kişilər bir dəri, bir qabıq olan xanımları sevmir. Tam əksinə yüngül kilolu, azca göbəkli qadınlar kişilər üçün daha seksi görünür.

Sümüklü burun faktoru. Bu gün tibb sahəsində rinoplastika qədər inkişaf etmiş ikinci sahə yoxdur. Hər kəs burnunu əməliyyat etdirib yerinə sanki "fındıq" qoyur. Bu da kişilər tərəfindən çox rəğbətlə qarşılanmır. Təbii ki, üz quruluşundan fərqli olaraq, insan sifətinə xüsusi xarakterik özəllik qatan faktorlardan biri qaş-gözdürsə, ikincisi burundur. Sümüklü burunlar kişilər üçün estetik əməliyyat edimiş burunlardan daha gözəl hesab olunur.