İş tapmaq üçün bacarığın, yoxsa adamın olmalıdır?


Digərləri 28 Yan 2018 07:14:00 313 0

İş tapmaq üçün bacarığın, yoxsa adamın olmalıdır?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"İş insanın cövhəridir", "işləməyən dişləməz". İş haqqında olan bu kimi hikmətli sözlər və aforizmləri saymaqla bitməz. Deyilən bu sözlərin üstündən min illər keçsə də, dəyişməyən yeganə həqiqət var ki, işləmədən yaşamaq mümkün deyil. Müasir dövrdə isə işimiz həyatımızın ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın bu qədər sürətli inkişaf etdiyi, şirkətlər, insanlar arasında rəqabətin artdığı bir dövrdə işə ehtiyac da təbii olaraq artır. 

Bəzən gənclər üçün iş tapmaq əsl müşkülə çevrilir. Bəziləri deyir ki, hansısa şirkətdə böyük vəzifədə çalışan bir tanışın yoxdursa, iş axtarmağın heç bir mənası yoxdur. Hara getsən, bütün qapılar üzünə bağlanır. Digər bir qisim isə fikirləşir ki, əgər yaxşı mütəxəssissənsə, iş özü səni tapacaq. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Tanış, tapşırıq olmadan iş tapmaq mümkündür, ya yox?

"Hər iki variant keçərlidir"   Gülşən Mehdiyeva, jurnalist   Gülşən deyir ki, hər iki hal mümkündür. Həmsöhbətim uzun müddət işsiz qaldıqdan sonra ilk iş təcrübəsinə tanışı sayəsində başlayıb: "Mən universiteti bitirdikdən sonra uzun müddət işsiz qaldım. Çünki heç bir iş təcrübəm yox idi. Bir neçə dəfə cəhd etsəm də, özümə uyğun iş tapa bilmirdim. Hətta buna görə bir müddət ciddi depressiyaya da düşdüm. Düzünü desəm, ilk işimə tanışlıq vasitəsilə düzəlmişəm. Yəni belə demək olarsa, istəməsəm də, bu işə getməyə məcbur oldum. Orada cəmi 2 ay işlədim. İlk işimdən ayrıldıqdan sonra isə bir neçə dəfə cəhd elədim, müxtəlif şirkətlərə öz CV-lərimi göndərdim. Nəhayət, hazırda işlədiyim şirkət CV-mə baxıb məni işə qəbul etdi. Yəni, buraya heç tanışlıq, tapşırıq olmadan düzəldim. Demək istədiyim odur ki, bizdə hər iki hal mümkündür".


Xəbərə aid fotolar