Səudiyyədə dünyanın 100 varlı şəxsindən biri olan şahzadə azadlığa buraxılıb


Dünya 28 Yan 2018 03:55:50 311 0

Səudiyyədə dünyanın 100 varlı şəxsindən biri olan şahzadə azadlığa buraxılıb

"Forbes" Əl-Valid ibn Taləlin sərvətini 17,4 mlrd. dollar qiymətləndirir

2017-ci ilin noyabrında korrupsiyada şübhəli bilinərək həbs olunan Səudiyyə şahzadəsi Əl-Valid ibn Taləl yanvarın 27-də azadlığa buraxılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şahzadə geniş anti-korrupsiya araşdırması aparan prokurorluqla saziş bağladıqdan sonra sərbəst buraxılıb.

Sazişin şərtləri açıqlanmır.

"Forbes" onun sərvətini 17,4 mlrd. dollar səviyyəsində qiymətləndirir və dünyanın ən varlı insanları sırasında 79-cu yerdə müəyyən edib.