Gəncədə dayı 17 yaşlı bacısı oğlunu bıçaqlayıb


Sosial 28 Yan 2018 01:12:45 275 0

Gəncədə dayı 17 yaşlı bacısı oğlunu bıçaqlayıb

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu dayısı tərəfindən bıçaqlanıb.

Yaralı əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.