100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək


Digərləri 27 Yan 2018 23:55:00 275 0

100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

1987-ci ildə hələ 31 yaşındaykən o, dünyanın ən gənc milyarderi idi. Lakin hazırda övladları illər ərzində 100 dəfə artan bu sərvəti əldə edə bilməyəcək.

Söhbət 62 yaşında olan Bill Gates-dən gedir.

Hazırda onun sərvətinin 90 ilə 100 milyard dollar arasında olduğu təxmin edilir.

Son.az xeberler.az-a istinadən bildirir ki, zəngilər siyahısına görə Gates-in sərvəti 97 milyard dollardır.

Bloomberg isə milyarder siyahısında onun sərvətinin 93,9 milyard dollar olduğunu qeyd edib.

Bill Gates illər ərzində artan sərvətininin uşaqlarına təhvil verməyəcəyi açıqlaması ilə yenidən gündəmə gəlib.

Bill və Melinda Gatesüç övladı: Jennifer, Phoebe və Rory-yə sərvət vermək yerinə, onların mümkün olan ən yaxşı təhsili almalarını təmin edəcək.