İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü VİDEO FOTO


Dünya 27 Yan 2018 22:03:00 304 0

İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü  VİDEO  FOTO

Videodan görünür ki, gəmi buzlar arasında qalıb, onun göyərtəsi qarla örtülüb və buzlaşıb

Bir neçə gün öncə Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisində çəkilən son video internetdə yayılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, videonu ekipaj üzvlərindən biri çəkib.

"Bax beləcə Zarubinoya gedirik. Mən körpücüyə ona görə qalxmışam ki, orada su axır. İndi hansı yollasa irəliləməyə çalışacağıq. Mən bax orada, aşağıda, buz olan yerdə yaşayıram. Yaxşı, sağ olun, hamıya salamlar. Birtəhər yarıb keçəcəyik", - video müəllifi kadr arxasında deyir.

. Güclü külək əsir və qar yağır.

Primorye diyarı administrasiyasından bildirilib ki, bu, itən gəmidən göndərilən son videodur. Hazırda axtarışlar davam edir. Mümkün qəza yerindən gəmiyə aid əşyalar və iki xilasedici qayıq tapılıb. Amma onlar boş olub.


Xəbərə aid foto