Avtomobil şüşələrinin çat və cızıqlarının bərpası mümkündür VİDEO


Digərləri 27 Yan 2018 21:00:00 294 0

Avtomobil şüşələrinin çat və cızıqlarının bərpası mümkündür  VİDEO

Avtomobilin çatlamış şüşələri təmir edilir və əvvəlki vəziyyətinə qaytarılır. Alın şüşəsindəki cızıqlar isə cilalanma ilə təmizlənir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son zamanlar paytaxtda bu kimi xidmətlər geniş yayılıb. Mütəxəssislər şüşədə yaranan çatın mümkün qədər tez aradan qaldırmağı tövsiyə edirlər. Bu proses xüsusi avadanlıqlar və dərmanlardan istifadə etməklə icra olunur. Bu proses çatın böyüklüyünə görə dəyişir və minimum 30 dəqiqə çəkir. Elə işin qiyməti də çatın ölçüsündən asılıdır. Alın şüşənin cilalanmasının qiyməti çatın təmirinə nisbətən bahadır. Ona görə də ancaq bahalı avtomobillər üçün bu xidmətdən istifadə edilir. Cilalanma düzgün edilmədikdə şüşənin zədələnməsi də mümkündür. Bu yolla alın şüşədəki dərin cızıqların belə təmizlənməsi mümkündür. Ancaq bunun üçün 1-2 gün vaxt tələb olunur.