ABŞ müttəfiqini vurdu: 7 ölü, 11 yaralı


Dünya 27 Yan 2018 20:41:00 263 0

ABŞ müttəfiqini vurdu: 7 ölü, 11 yaralı

ABŞ-ın hava hücumu nəticəsində aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfərin ölüb

ABŞ-ın İraqın qərbindəki Enbar vilayətində İŞİD-ə qarşı təşkil etdiyi hava hücumunda aralarında təhlükəsizlik qüvvələrinin əməkdaşları da olmaqla 7 nəfərin ölüb, 11 nəfər yaralanıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İraq mətbuatında yer alan məlumatlara görə, ABŞ-a məxsus hərbi vertolyotlar Enbar vilayətinə bağlı Bağdadi nahiyəsində İŞİD mənsublarına qarşı hava hücumu təşkil edib. Nəticədə aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Həmin bölgədə ABŞ qüvvələrinə aid "Eyn əl-əsəd" hərbi bazası yerləşir.