"Sumqayıt"ın növbəti rəqibi müəyyənləşdi


İdman 27 Yan 2018 20:38:00 216 0

"Sumqayıt"ın növbəti rəqibi müəyyənləşdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq.

Goal.az xəbər verir ki, "kimyaçılar" Makedoniya klubu “Akademiya Pandev”lə üz-üzə gələcək. Qarşılaşma Manavgat şəhər stadionunda keçiriləcək və yerli vaxtla saat 15:00-da start götürəcək.

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.