Dünyadakı torpaq problemi necə həll olunacaq?


Digərləri 27 Yan 2018 20:35:00 267 0

Dünyadakı torpaq problemi necə həll olunacaq?

İnsanların sayının artması, iqlim dəyişikliyi və kütləvi köç səbəbi ilə 21-ci əsrdə qarşı-qarşıya qaldığımız problemlər arasında torpaq problemi mühüm yer tutur.

Maldiv adalarının paytaxtı Male-yə yüksəklikdən baxdıqda göydələnlərlə dolu bir şəhərin sanki Hind okeanında üzdüyünü görərik. Bu ada şəhəri yalnız uzununa böyüyə bilər.

Şəhərin əhalisinin sayı 2006-cı ildən bəri 52% artıb. 2014-cü ildə əhalinin sayı 158 min olub və bu insanların hamısı 5.7 kvadrat kilometrlik bir əraziyə sığışmaq məcburiyyətindədir.

Burada torpaq o qədər dəyərlidir ki, yollarda ya səki olmur, ya da o səkidə ancaq bir sıra insan yeriyə bilir. Kirayə evlərin qiyməti isə o qədər bahalıdır ki, kasıb bölgələrdə 23 kvadrat metrdə 40 adamın yaşadığını görmək mümkündür.

İnsanların bu cür sıx yaşaması cinayət hadisələri və şiddət hallarının artmasına səbəb olur. Şəhərin zibilləri isə dənizdə yeni bir ada əmələ gətirib.

Maldiv adalarının paytaxtı Male hazırkı əhali və şəhərləşmə problemlərinin ən bariz nümunəsidir

1990-ci illərdə şəhərdə binalar iki mərtəbəli olduğu halda, bu gün orta hesabla səkkiz mərtəbəlidirlər və 25 mərtəbəli binaların da sayı az deyil. Şəhər əhalisinin sayı artdıqca, sosial-iqtisadi problemləri də artır.

Dünya əhalisinin sayı hər il 83 milyon artır. Bu da torpaq problemini getdikcə daha hiss edilən bir vəziyyətə gətirir.

Birləşmiş Millətlərin hesablamalarına görə, indi 7.6 milyard olan dünyanın əhalisinin sayı 2050-ci ildə 9.8 milyard, 2100-ci ildə isə 11.2 milyarda çatacaq.

Bu insanların hamısının yaşamaq üçün bir yerə, işə, qidasını istehsal edə bilən torpağa, suya, enerjiyə ehtiyacı olacaq. Maşın sürmək üçün yollar, onları saxlamaq üçün yer, əylənib istirahət etmək üçün məkanlar axtaracaq.

Bu qədər çox sayda insanın torpaq üzərindəki təsirlərini idarə etmək isə insanlığın qarşı-qarşıya durduğu ən böyük problemlərdən biridir.

Yer üzündəki torpaqların böyük qismi yaşamaq üçün əlverişli deyil

Yaşamağa yararlı torpaq?

Yer üzündə buzla örtülməyən 13.4 milyard hektarlıq ərazi 11 milyard əhaliyə eninə-boluna bəsdir deyə düşünmək mümkündür.

Ancaq, bu torpağın böyük bir qismi Sibir və Avstraliyanın daxili əraziləri kimi iqlim və məsafə problemlərinə görə istifadəyə yararlı deyil. Bundan başqa, şəhərlərin böyümək tutumu da məhduddur.

California Elmlər Akademiyasından Jonathan Foley artan saya köklənərək yanıla biləcəyimizi söyləyir. Əhali artımının yüksək olduğu ölkələrdə dünyadakı qaynaqların adambaşına düşən istifadə nisbəti çox azdır. İnkişaf etmiş ölkələrdə isə istehlak nisbətən çox artıqdır.

Məskunlaşma üçün əlverişli ərazilər dünya torpağının yalnız 3%-ni tutur. 35-40% arası bir qism2 isə əkinçilik üçün istifadə olunur. Yer üzündəki torpağın sadəcə 445 milyon hektarı əkinçilik üçün yararlıdır.

Əhalisinin sayı sürətlə artan Male-də zibil tullantılarında ayrı abir ada əmələ gəlib

Araşdırmaçılar, qida, bio-axıntı və sənaye meşə təsərrüfatı üçün artan tələb və genişlənən şəhərlər ucbatından torpaq ehtiyatının 2050-cı ildə tamamilə istifadə olunacağını deyirlər.

Belə isə artan əhalinin ehtiyacları 21-ci əsrdə necə qarşılanacaq?

Əkin sahələri

Meşədən təmizlənən ərazilərin 80%-i əkin sahəsi üçün hazırlanır. Foley-ə görə, biz torpaqdan effektiv və məhsuldar şəkildə yararlana bilmirik.

"Əkin sahələrinin 75%-i kənd təsərrüfatı heyvanlarının qida ehtiyacı səbəbi ilə istifadə olunur. Bundan başqa, yetişdirilən qida məhsullarının 40%-i zibilə atılır."

Yəni daha az ət yemək və qida israfını azaltmaq yaxşı çıxış yolu ola bilər.

Dünya torpağının böyük hissəsi əkinçilik üçün istifadə olunsa da, istehsal edilən qidanın 40%-i tullantıya çevrilir

Orta təbəqə böyüyür

Çin və Hindistan kimi sürətlə inkişaf edən ölkələrdə artan rifah, orta təbəqənin də böyüməsinə yol açır. Bu təbəqənin sayının 2030-cu ildə 4.9 milyarda çatacağı gözlənilir.

Bu insanların televizor, soyuducu, mobil telefon, kompüter və avtomobil aldığını nəzərə alsaq, qarşıdakı 20 ildə enerji sərfinin iki qat artacağı və bunun da ətraf-mühitə böyük təsir edəcəyi zənn edilir.

İqlim dəyişikliyi səbəbi ilə dəniz səviyyəsinin yüksəlməsi və sellərə səbəb olur, sahil şəhərləri çətin vəziyyətə salır və ərazini kiçildir

Dəniz səviyyəsi yüksəlir

Tarix boyunca ticarət, sahil şəhərlərində varlı və orta sinfin böyüməsinə səbəb olub.