Hamburger və fastfood genlərimizi dəyişir


Digərləri 27 Yan 2018 20:40:00 338 0

Hamburger və fastfood genlərimizi dəyişir

Bizim immun sistemimiz fast-food qidalarını bakterial infeksiya kimi qəbul edir, bu qidalar "epigenetik dəyişikliklər"ə yol açır.

Son.az immunitet.az-a istinadən bildirir ki, bu nəticəyə Bonn Universitetinin genetik alimləri gəliblər.

Siçanlar üzərində aparılan təcrübədə bir neçə siçan "qərbsayağı pəhriz"ə otuzdurulub. Onlara yağı, şəkəri, duzu bol olan fast-foodlar verilib, meyvə, tərəvəz isə verilməyib. 1 aydan sonra onların qanında təhlükəli infeksiyaya yoluxmada olduğu kimi immun hüceyrələri yaranıb.

"Sağlam olmayan qidalanma" siçanların qanında qranulosit və monositlərin sayını artırıb.  Alimlər siçanların orqanizmində "fast-food ötürücüsü" adlı bir gen təyin ediblər ki, bu gen zərərli qidalara güclü reaksiya verir.

Ən maraqlı fakt isə bu pəhrizin immunitetə təsiri olub. Fast-food siçanların genetik informasiyanı qoruyub saxlamaq qabiliyyətini dəyişib. Hüceyrələrdəki DNK sapları adətən zülal ətrafında dolanmış kimi olur. Amma qeyri-sağlam qidalanmadan sonra bu saplar öz strukturunu dəyişərək, bir neçə sapın topadan ayrılıb ayrıca struktur kimi qalmağa can atıb. Belə mənzərə adətən orqanizmdə iltihabi proses başlayanda baş verir.

Siçanlar 1 aydan sonra adi qidalanmalarına keçdikdən sonra qanda DNK-nın mənzərəsi dəyişib, iltihab prosesi əlamətləri yoxa çıxıb, amma immunitetdə epigenetik dəyişikliklər hələ də qalmaqda davam edib.