Hakerlər 530 milyon dollarlıq kriptovalyuta oğurladılar


Dünya 27 Yan 2018 20:26:00 253 0

Hakerlər 530 milyon dollarlıq kriptovalyuta oğurladılar

Yaponiyada haker hücumu nəticəsində virtual valyuta mübadiləsi üçün əsas portallardan birindən 530 milyon ABŞ dolları məbləğində kriptovalyuta oğurlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, portalın operatoru olan "Coinchech" şirkəti NEÇ kriptovalyutasının yoxa çıxması barədə məlumat yayıb. Hadisə yanvarın 26-da yerli vaxtla saat 15:00 radələrində baş verib. Maliyyə Əməliyyatları İdarəsinə və polisə hadisə barədə məlumat verilib.

Operator şirkətin bildirdiyinə görə, müştərilərə məxsus olan oğurlanan vəsaitə görə onlara kompensasiyaların ödənilməsi və digər məsələlər araşdırılır.

Hazırda şirkətə dəyən ümumi maliyyə zərərinin məbləği də dəqiqləşdirilir.