Xəstəlikdən sağalmaq üçün güclü dualar


Digərləri 27 Yan 2018 20:10:00 466 0

Xəstəlikdən sağalmaq üçün güclü dualar

Əmirəl-möminin (ə) nəql edir: "Xəstələnmişdim və Allahın Peyğəmbəri (s) məni ziyarət üçün gəlmişdi.

Buyurdu: "De: "Allahım, Səndən istəyirəm ki, verdiyin salamatlığı imtahanından qabağa atasan, mənə səbir verəsən və məni Öz rəhmətinə tərəf aparasan"". Mən bu duanı oxudum və o duadan sonra xəstə yatağından qalxdım".   Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) nəql edir: "Peyğəmbər (s) ənsardan olan bir nəfərin yanına gedir ki, onu ziyarət etsin. O, deyir: "Ya Peyğəmbər! Mənim üçünAllaha dua et!". Həzrət (s) buyurur: "De: "Böyük Allahdan, Böyük ərşin Allahından xahiş edirəm və böyük Allahdan salamatlıq istəyirəm"". Kişi bu duanı 3 dəfə oxudu və xəstə yatağından qalxdı".   İmam Sadiq (ə) xəstə olan zaman bu duanı oxuyardı: "Allahım! Sən o kəsləri danladın və buyurdun: "O kəslərə de ki, Allahın yerinə tanrılarseçiblər, (onları) çağırsınlar və görsünlər ki, nə çətinliklərini aradan qaldıra bilirlər, nə də sizi başqa hala sala bilirlər". Ona görə də, ey o Kəs ki, heç kəs Səndən başqa çətinliklərimi aradan qaldıra bilməz və məni başqa hala sala bilməz! Muhəmməd (s) və nəslinə salavat göndər və çətinliyimi məndən aradan qaldır və onu o kəslərə tərəf apar ki, Sənin yanında başqa tanrıları çağırırlar".