Naqilsiz enerji ötürülməsini Nikola Tesla kəşf edib?


Digərləri 27 Yan 2018 19:50:00 351 0

Naqilsiz enerji ötürülməsini Nikola Tesla kəşf edib?

Bəli, bəli düzgün oxudunuz. Vaxtı ilə Nikola Teslaya lazımı qədər maliyyə dəstəyi verilsəydi, bəlkə də bugün evlərimizdə elektrikə olan çıxışımız pulsuz olardı. Bu inqilabi ixtiranın arxasındakı hekayəni bilmək istərdiniz? Onda gəlin başlayaq. Pulsuz enerji mümkündür? Hamımızın bildiyi kimi elektrikin paylanması üçün çoxlu elektrik stansiyaları qurulur və evlərimizə çatması üçün şəhərlərin dörd bir yanına elektrik xəttləri çəkilir. Lakin, elektriki naqilsiz bir şəkildə ötürə bilsəydik bunlara ehtiyac qalardı? Bu yerdə dahi elektrik mühəndisi və ixtiraçı Nikola Tesla meydana çıxır.

Son.az moneta.az-a istinadən bildirir ki, Teslanın ən önəmli proyektlərindən biri olan Naqilsiz Enerji Ötürülməsi buna imkan verirdi. 20 ədəd elektrik lampasının naqil olmadan 40 kilometr uzaqlıqdan yanmasını həyata keçirən Teslaya əngəl olan insan hazırda dünyanın ən böyük maliyyə və investisiya şirkətlərindən birinin təsisçisi olan J.P. Morgan-dan başqası deyildi. 5ie7o8 - Nikola Tesla Kablosuz Enerji İletimini Keşfetmiş miydi? Nikola Tesla ilk dəfə elektrikin bir qaynaqdan ətrafa yayılaraq naqilsiz və çox yüksək kəmiyyətlərdə çatdırılmasının mümkünlüyünü demişdir. Kağız üstündə bunu sübut edən Nikola Tesla daha sonra həyata keçirdiyi sınaqlarla bunu əyani şəkildə göstərmişdir. Əlində naqilsiz yanan elektrik lampası tutduğunu göstərən bir foto da var. 1eaubp - Nikola Tesla Kablosuz Enerji İletimini Keşfetmiş miydi? Cəmiyyət üçün fayda yoxsa bir qrup şəxslərin maraqları önəmlidir? v122rd - Nikola Tesla Kablosuz Enerji İletimini Keşfetmiş miydi? Bu proyektin patentini aldıqdan sonra Nikola Teslanın ən böyük maliyyə dəstəkçisi olan J. P. Morgan naqilsiz enerji ötürülməsi ilə şirkətinin batacağını anlamış və maliyyə dəstəyini dayandırmışdı. Əgər dəstək o gün kəsilməsəydi bəlkə də bugün insanlar elektriki pulsuz bir şəkildə naqilsiz olaraq qəbul edə biləcəklərdi. Tarixin ən böyük fürsətlərindən birini itirmiş olduğumuz açıq-aşkardır. Lakin, bugün bu texnologiyaya niyə keçə bilmədiyimiz ağlınızı qurdalayırsa, cavabı çox sadədir: Serb əsilli ixtiraçının ölümündən sonra bütün işləri ABŞ hökumətinin əlinə keçmişdir.