Kondisioner, soyuducu istehsalını bərpa etməliyik


Digərləri 27 Yan 2018 19:34:00 298 0

Kondisioner, soyuducu istehsalını bərpa etməliyik

İqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində həyata keçirilən islahatların qısa müddətdə müsbət nəticələr verməsi islahatların daha da dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsinə əsas yaradır. Dövlət bunu həyata keçirərkən islahatların sosial yönümünü də nəzərə alaraq növbəti addımlarda əmək tutumlu sahləri daha çox təşviq edəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib. O qeyd edib ki, ixracyönümlü məhsulların sırasında hazırda aqrar sahə xüsusi ilə seçilir. Geniş xarici bazarın olmasını nəzərə alaraq növbəti illərdə də bu sahənin inkişafı diqqət mərkəzindədir. Digər tərəfdən, bunun üstün tərəflərindən biri də əmək tutumlu olmasıdır ki, çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnir. Eyni zamanda, digər əməkttumlu sahlərin inkişafına da zəmin yaradır. Bununla paralel növbəti illərdə neft-kimya sənayesi başda olmaqla, digər sənaye sahələrinin inkişafı diqqət mərkəzində saxlanılacaq. Bura alternativ enerji istehsalı, metallurgiya, maşınqayırma, sahələr aiddir. Bu sahələrdə yeni texnologiyaların yüksək səviyyədə tətbiqini nəzərə alsaq, rəqabətə davamlı məhsulların istehsalı, eyni zamanda, yüksək ixtisaslı kadrların olmasını tələb edir. Yəni ənənənin olması bu sahədə inkişafı təmin etmək üçün kifayət deyil. Elə buna görə də bu sahə üzrə ixtisaslaşmış xarici tərfdaşlarla müştərək fəaliyyətlərin qurulması və paralel olaraq insan kapitalına sərmayələrin artırılması hədəflənir.


Xəbərə aid video