Lerikə yağan güclü qar fəsadlar törədib - FOTO


Sosial 27 Yan 2018 19:29:07 255 0

Lerikə yağan güclü qar fəsadlar törədib - FOTO

Rayonun bir kəndinə verilən elektrik enerjisi kəsilib

Lerik rayonuna yağan güclü qar problemlər yaradıb.

“Report”un Cənub bürosu xəbər verir ki, nəticədə rayonun Orand kəndinə yağan güclü qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bu səbəbdən kəndə verilən elektrik enerjisi kəsilib. Hava şəraiti imkan vermədiyindən, bərpa işləri sabah aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Lerikdə qar örtüyünün hündürlüyü 26 sm çatıb.

Ümumilikdə cənub bölgəsində qarlı və şaxtalı hava davam edir.