Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 27 Yan 2018 17:49:48 121 0

Qusarda toy məclisində həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramik Aydabəyovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib. 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov həmkəndlisi, 35 yaşlı Ramik Adil oğlu Aydabəyovla yeyib-içərkən sözləri çəp gəlib. R.Aydabəyov stolun üstündəki şüşə butulkasını əvvəlcə sındırıb və sonra onun bir hissəsini İ.Ulubəyovun baş nahiyəsinə vurub. Boyun nahiyəsində şah, yuxu damarından xəsarət alan İ.Ulubəyov dərhal ətrafdakıların köməyilə saat 20 radələrində Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatmamış yolda qanaxmadan ölüb.

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə gətirilib. Tibbi müayinə edildikdən sonra toya gəlib ölüm xəbəri çıxan İ.Ulubəyovun meyiti ailəsinə təhvil verilib.

Qusarın hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə zamanı ölən də, öldürən də sərxoş olublar.

Qusar polisinin "isti izlər"lə saxladığı R.Aydabəyov törətdiyi əməli etiraf edib. Onu barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aydabəyov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Yasamalda 4 otaqlı ev yandı like
  • 27 Yan 17:40  
Digərləri Yasamalda 4 otaqlı ev yandı

Bakının Yasamal rayonunda yanğın olub.

arrow Ətraflı
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib like
  • 27 Yan 17:36  
Digərləri Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Göyçay rayonunun Çaxırlı kəndinə təbii qaz verilib.

arrow Ətraflı
Qadını soyan şəxs: "Gözümə sataşdı, götürdüm"  VİDEO  FOTO like
  • 27 Yan 17:36  
Kriminal Qadını soyan şəxs: "Gözümə sataşdı, götürdüm" VİDEO FOTO

Bakıda qadına qarşı cinayət törədən şəxs tutulub.

arrow Ətraflı
Tibb fakültəsinin tələbəsi Instagram fenomeninə çevrildi  FOTO like
  • 27 Yan 17:24  
Digərləri Tibb fakültəsinin tələbəsi Instagram fenomeninə çevrildi FOTO

Türkiyədə tibb universitetinin tələbəsi, 24 yaşlı qız Berika Demir a

arrow Ətraflı
"Ronaldo yaxşı olmaq üçün çox çalışdı, Messi üçün isə bu təbiidir" like
  • 27 Yan 17:15  
İdman "Ronaldo yaxşı olmaq üçün çox çalışdı, Messi üçün isə bu təbiidir"

Argentinanın "Boko Xuniors" klubunun hücumçusu Karlos Teves

arrow Ətraflı
Damla mətbuat konfransında ağladı  FOTO like
  • 27 Yan 17:14  
Şou-biznes Damla mətbuat konfransında ağladı FOTO

Müğənni Damla yeni klipini təqdim edib.

arrow Ətraflı
Yasamalda 4 otaqlı ev yanıb like
  • 27 Yan 17:13  
Digərləri Yasamalda 4 otaqlı ev yanıb

Bakının Yasamal rayonunda yanğın olub.

arrow Ətraflı
"Eynəyimi 500 dollara almışam" like
  • 27 Yan 17:05  
Şou-biznes "Eynəyimi 500 dollara almışam"

Bahalı geyimlər yaxşı olur. Hər kəsin öz stili var. Çox bahalı geyimlə

arrow Ətraflı
Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcəklər? like
  • 27 Yan 16:54  
Digərləri Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcəklər?

Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının saki

arrow Ətraflı
Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcək? like
  • 27 Yan 16:40  
Digərləri Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcək?

Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının saki

arrow Ətraflı