Kabildəki partlayışda ölənlərin sayı 63, yaralananları sayı isə 151 nəfərə çatıb - YENİLƏNİB-3


Dünya 27 Yan 2018 17:00:00 311 0

Kabildəki partlayışda ölənlərin sayı 63, yaralananları sayı isə 151 nəfərə çatıb - YENİLƏNİB-3

"Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 63, yaralananları sayı isə 151 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə polisi terrorla əlaqədə şübhəli bilinən 4 nəfəri həbs edib. 

*** 14:34

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 40 nəfər ölüb, 140 nəfər yaralanıb. 

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

*** 14:09

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 17, yaralananları sayı isə 110 nəfərə çatıb.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, "Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb. 

*** 13:40

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. 

"Report" "ToloNews"a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında qeydə alınıb. 

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb. 

Ölü və yaralı sayının artacağı istisna edilmir.