Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcəklər?


Digərləri 27 Yan 2018 16:54:59 287 0

Bakıda partlayış baş vermiş binanın sakinləri mənzillərinə nə vaxt dönəcəklər?

Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının sakinləri hazırda mənzillərinə buraxılmırlar.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bina sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, onlara bir neçə gün qohumlarının evlərində qalmaq təklif olunub.

Trend-in məlumatına görə, sakinlər mənzillərinə binanın yaşamağa yararlı olub-olmaması ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra köçə biləcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarında Dilarə Əliyeva küçəsində 18-də çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.