Cəlilabadda axtarışda olan şəxs saxlanılıb - FOTO


Sosial 27 Yan 2018 16:39:00 354 0

Cəlilabadda axtarışda olan şəxs saxlanılıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda uzun müddətdir axtarışda olan şəxs tutulub. 

“Report”un Aran bürosu xəbər verir ki, Əhliman Dadaşov ötən il dekabrın 18-də bir qrup şəxslə qabaqcadan əlbir olaraq Göytəpə şəhərində Samir Babayevin evinə daxil olaraq oradan ümumi dəyəri 4900 manat olan qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. 

O həmçinin bir müddət əvvəl Göytəpə Şəhər Xəstəxanasına daxil olaraq oradakı həkimləri təhqir edib, sarğı otağına girərək tibbi bıçaqla həkim Güləhməd Musayevə xasarət yetirib. 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhliman Dadaşov saxlanılıb və o, törətdiyi cinayət əməllərini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Dadaşov əvvəllər də məhkumluq həyatı yaşayıb