Əməkdar artist ailə sirrini açdı: "Qızımı dörd divar arxasında saxlayırdım"


Şou-biznes 27 Yan 2018 15:13:47 300 0

Əməkdar artist ailə sirrini açdı: "Qızımı dörd divar arxasında saxlayırdım"

Əməkdar artist, aktrisa Naibə Allahverdiyeva qızına qoyduğu qadağalardan danışıb.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa vaxtilə qızını nəzarət altında saxladığını deyib:

"Qızım yeniyetmə olan vaxtlarda ona qarşı çox sərt olurdum. Hətta onu dörd divar arasında saxlayırdım. Xalamqızını çağırırdım ki, onu məktəbə aparıb-gətirsin. Çünki istər qız, istərsə də oğlan uşağını gərək yeniyetmə vaxtlarında qoruyasan, onu nəzarət altında saxlayasan. Amma artıq böyüyüb, 21-22 yaşı var. Ona müdaxilə etməyi, işinə qarışmağı düzgün hesab etmirəm. O, Dillər Universitetinin tərcümə fakultəsini bitirib. Tərcüməçi olmaq niyyətindədir. Arzusu Türkiyəyə gedib, orda işləməkdir. Mən onun seçiminə qarışmıram. Artıq yetkin qızdır".