Cəlilabad sakinindən silah və narkotik götürülüb


Digərləri 27 Yan 2018 15:11:00 266 0

Cəlilabad sakinindən silah və narkotik götürülüb

Faktla bağlı cinayət işi başlanılıb.

Bakı. Cəlilabad sakinindən silah və narkotik götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.