Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni yol nişanları quraşdırıb


İqtisadiyyat 27 Yan 2018 14:23:22 292 0

Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni yol nişanları quraşdırıb

Yanvarda 78 ədəd yeni yol nişanı quraşdırılıb

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.

“Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.

Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazadə küçəsindədir.