Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb FOTO


Digərləri 27 Yan 2018 14:30:00 307 0

Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb  FOTO

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.


Xəbərə aid fotolar