Kabildə partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB


Dünya 27 Yan 2018 14:09:00 265 0

Kabildə partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

"Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 17, yaralananları sayı isə 110 nəfərə çatıb.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, "Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb. 

*** 13:40

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. 

"Report" "ToloNews"a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında qeydə alınıb. 

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb. 

Ölü və yaralı sayının artacağı istisna edilmir.