Azərbaycanlı 200 porsuq kürkü ilə tutuldu VİDEO


Kriminal 27 Yan 2018 13:45:00 305 0

Azərbaycanlı 200 porsuq kürkü ilə tutuldu  VİDEO

Türkiyədə Atatürk hava limanından ölkəyə qanunsuz keçirilən porsuq kürkləri ələ keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qeyri-qanuni yolla gətirilən xəzlər yoxlama zamanı Ukraynanın Odessa şəhərindən uçuş edən Azərbaycan əsilli Ş.A -nın çantasından çıxıb. 

Bildirilir ki, onun yükləri arasından 45 min TL (təxmini 20 min manatq) dəyərində olan 200 porsuq kürkü ələ keçirilib.  Şübhəli Ş.A saxlanılaraq barəsində müvafiq qərar qəbul edilib.