Dağlıq rayonlarda 26 sm-ə qədər qar yağıb


Digərləri 27 Yan 2018 12:05:00 206 0

Dağlıq rayonlarda 26 sm-ə qədər qar yağıb

Yanvarın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Bakı. Yanvarın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub.