Cəlilabad sakinindən avtomat silah və narkotik maddə götürülüb


Sosial 27 Yan 2018 11:51:12 294 0

Cəlilabad sakinindən avtomat silah və narkotik maddə götürülüb

Faktla bağlı cinayət işi başlanılıb

Cəlilabad sakinindən avtomat və narkotik maddə götürülüb. 

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.