Azərbaycan Prezidenti Koreyanın dövlət başçısına başsağlığı verib
Siyasət 27 Yan 2018 11:39:42 257 0
"Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.
"Report"un məlumatına görə, dövlət başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Mənbə: report.az