Nəhəng gəmi yanlarından keçdi


Digərləri 27 Yan 2018 11:30:00 334 0

Nəhəng gəmi yanlarından keçdi

Şimal Buzlu Okeanında səfərdə olan bir qrup şəxs qorxulu, eyni zamanda maraqlı macəra yaşayıblar.

Son.az bildirir ki, Rusiyanın "Taymır" atom buzqıran gəmisi onların yanından keçib. Dünyanın ən böyük buzqıran gəmilərindən olan "Taymır" 1989-cu ildə inşa olunub.

Uzunluğu 151,8 metr, eni 29,2 metr, hündürlüyü 15,2 metr olan "Taymır"ın su tutumu 20 min tondur. Gəminin mühərriki bir nüvə reaktoru vasitəsilə çalışır.

İnstagram istifadəçisi "oper_11" buzqıran gəminin yanlarından keçdiyi anın videosunu paylaşıb: "O yaxınlaşanda hər yer titrəməyə başladı. Bunu sözlə ifadə etmək mümkün deyil. Buzları asanlıqla qırırdı".


Xəbərə aid fotolar