Corc Soros Facebook insanlar üçün təhlükədir VİDEO FOTO


Digərləri 27 Yan 2018 10:45:00 265 0

Corc Soros  Facebook insanlar üçün təhlükədir  VİDEO  FOTO

"Artıq vaxt çatıb, Facebook və Google-un fəaliyyəti mümkün qədər sərt şəkildə tənzimlənməlidir. Bu böyük korporasiyalar inhisarçılar kimi davranır. Texnoloji platformalar insanlar üçün təhlükəyə, qlobal problemə çevrilib. Facebook və Google sosial sahəni istismar edir, insanlar üçün çoxsaylı problemlər yaradır. Üstəlik, bu şirkətlər Rusiya və Çin bazarlarında möhkəmlənmək üçün həmin ölkələrin hakimiyyət dairələri ilə kuluar danışıqlara başlayıblar. Sosial şəbəkələrdə yaranan əsas, kritik problemlərdən biri Facebook və Google-un insanlara təsir etməsidir. İnsanlar əksər halda bu təsirdən xəbərsiz olurlar".

Milyardçı investor, 87 yaşlı Corc Soros texnologiya "inhisarçıları" Facebook və Google şirkətlərini tənqid edərək demokratiyaya hədə adlandırıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən investor bildirib ki, sosial media platformaları innovasiyalara maneədir.

O, insanların diqqətini cəlb etmək sahəsində şirkətlərin malik olduğu qüdrətin narahatlıq doğurduğunu deyib.

Lakin Sorosun fikrincə, vergi siyasəti və tənzimləmə nəticəsində texnologiya nəhənglərinin ömrü çox uzun olmayacaq.

Məşhur investor Tramp administrasiyasını dünyaya hədə kimi səciyyələndirərək ABŞ prezidentinin 2020-ci ilədək "və yaxud da bundan da erkən" hakimiyyətdən gedəcəyini əlavə edib.

"İtirilmiş azadlıq"

Sözünü çəkinmədən deyən sərmayəçinin ən sərt tənqidi nəhəng internet şirkətlərinin "misli görünməmiş və transformativ" təsiri ilə bağlı olub.

"İnsanların diqqətini cəlb etmək qüdrəti getdikcə daha çox bir neçə şirkətin əlində cəmləşməkdədir", - Soros Davosda keçirdiyi ziyafətdə bildirib.

"Con Stüart Millin "düşüncə azadlığı" adlandırdığı anlayışı təsbit və müdafiə etmək əsl səylərin tətbiqini tələb edir.

Belə bir təhlükə var ki, o, əldən verilərsə rəqəmsal dövrdə böyüyən nəsil onu yenidən əldə etməkdə çətinlik çəkəcək", - çıxışında bir neçə dəfə Google və Facebook-un adını çəkən Soros deyib.

İnvestor təhlükələrin "uzaq gedən siyasi nəticələr"i ilə bağlı xəbərdarlığında deyib ki, bu, Donald Trampın seçilməsində artıq böyük rol oynayıb.

Facebook Sorosun çıxışına münasibət bildirməkdən imtina edib. Google isə müvafiq müraciətə hələ ki, cavab verməyib.


Xəbərə aid fotolar