PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirdi FOTO


Dünya 27 Yan 2018 10:30:00 269 0

PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirdi  FOTO

Aksiyada 300-dən çox PKK tərəfdarı iştirak edib

PKK tərəfdarları Berlində Türkiyə səfirliyinin qarşısında Türkiyənin Suriyanın Afrin şəhərində apardığı "Zeytun budağı" əməliyyatına etiraz etmək məqsədi ilə aksiya keçiriblər.

Son.az Haberler-ə istinadla xəbər verir ki, aksiyada 300-dən çox PKK tərəfdarı iştirak edib. Onlar PKK bayraqları və pankartlarla "Zeytun budağı" əməliyyatına etiraz ediblər.

Digər tərəfdə isə əllərində Türkiyə bayrağı, Atatürkün və Rəcəb Tayyib Ərdoğanın plakatı olan türklər onlara qarşı çıxıblar.


Xəbərə aid fotolar