Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlanıb


Digərləri 27 Yan 2018 08:48:00 251 0

Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlanıb

Hadisə Müşfiqabad qəsəbəsində baş verib

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Qurbanov Mehran Akif oğlu Müşfiqabad qəsəbəsində sevdiyi qıza görə naməlum şəxslə mübahisə edib. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.