Tramp “Samsung”u günahlandırdı


Digərləri 27 Yan 2018 08:25:00 246 0

Tramp “Samsung”u günahlandırdı

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın "Samsung" korporasiyasını ittiham edib.

Son.az lent.az-a istinadən bildirir ki, buna səbəb "Rusiya işi" üzrə xüsusi prokuroru Robert Müller tərəfindən işdən çıxarılmış Federal Təhqiqat Bürosunun (FTB) yüksək vəzifəli əməkdaşı Piter Strzok və büronun hüquqşünası Liza Peyc arasındakı 50 min mesajın itməsidir.

Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb: "FTB sevgililəri Liza Peyc və Piter Strzok arasındakı 50 min önəmli mətn məlumatları hardadır? "Samsung" günahkardır!"