Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu gəmi itib


Dünya 27 Yan 2018 07:26:25 267 0

Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu gəmi itib

Kiribati və Yeni Zelandiyanın xilasetmə xidmətləri axtarışlara başlayıb

Kiribati və Yeni Zelandiyanın xilasetmə xidmətləri Sakit okeanda itən və göyərtəsində 50 nəfərin olduğu gəminin axtarışlarını aparır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü "New Zealand Herald" qəzeti yazıb.

Nəşrin məlumatına görə, gəmi Nonouti adasının limanından yanvarın 18-də çıxıb və iki gündən sonra Kiribatinin paytaxtı Cənubi Tarava şəhərinə çatmalı idi.

Gəminin yoxa çıxmasından sonra yerli hökumət gəminin axtarışı və xilasedilməsi əməliyyatlarına başlayıb. Bu həftə əməliyyatlara Yeni Zelandiyanın xilasetmə xidməti və müdafiə qüvvələri də qoşulub.

Bildirilir ki, bərə yüksək tezlikli radio ilə təchiz olunub, lakin gəmidə yanacaq və sərnişinlər üçün ərzaq məhsullarının kifaytə qədər olub-olmadığı məlum deyil.