Yapon dənizində azərbaycanlıların da içində olduğu "Vostok" gəmisinin geniş axtarışlarına başlanılıb - YENİLƏNİB


Sosial 27 Yan 2018 06:53:00 255 0

Yapon dənizində azərbaycanlıların da içində olduğu "Vostok" gəmisinin geniş axtarışlarına başlanılıb - YENİLƏNİB

"Vostok" balıqçılıq gəmisinin sahibi "Okean" adlı digər gəmisini axtarışlara cəlb edib

Yapon dənizində yoxa çıxmış və göyərtəsində iki azərbaycanlının da olduğu "Vostok" balıqçılıq gəmisinin sahibi "Okean" adlı digər gəmisini axtarışlara cəlb edib.

“Report” xəbər verir ki, bu barədə "DV-Flot" şirkətinin direktoru Stanislav Malçevskiyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Gəmi artıq axtarışlara qoşulub, o, xilasedicilərlə əlaqə saxlayaraq axtarış qrupuna daxil olub və Dəniz Xilasedici-Koordinasiya Mərkəzinin göstərişi ilə axtarış nöqtəsinə istiqamət alıb", - deyə o bildirib.

"Okean" axtarış ərazisindən 600 mil aralıdadır və gəmi 5 dəniz mili sürəti ilə gedir. Malçevski bildirib ki, şaxta səbəbindən gəminin buz bağlama riski var.

Eyni zamanda səhər saatlarından gəminin havadan axtarışlarının bərpa olunduğu xəbər verilib. Havadan axtarışlarda "Mi-8" vertolyotları və "Be-200" təyyarələri, həmçinin FHN-in Krasnoyarsk mərkəzindən bir təyyarə iştirak edir.

Son məlumatlara görə, gəmidə 20 heyət üzvü olub. Onlardan ikisi azərbaycanlı olmaqla, 11 Rusiya vətəndaşı, digərləri isə Moldova və Ukrayna vətəndaşlarıdır. Gəmidəki azərbaycanlılar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Gəmi ilə əlaqə yanvarın 25-də qəza siqnalından sonra itib. 

***01:28

Bakı. 27 yanvar.