Samsung Galaxy Note 8 yeniləndi


Digərləri 27 Yan 2018 07:11:00 247 0

Samsung Galaxy Note 8 yeniləndi

"Samsung" şirkəti "Galaxy Note 8" qabaqcıl smartfonu üçün təhlükəsizlik  yeniləməsi çıxarıb. Bu haqda şirkətin rəsmi saytında qeyd edilib.

Son.az ICTnews-a  istinadən bildirir ki, proqramçılar "Android" mobil əməliyyat sistemində 6 və "TouchWiz" interfeysində 13 kritik boşluğu aradan qaldırıblar.

Təhlükəsizlik yeniləməsinin həcmi təxminən 707 MB-dır. İndi sözügedən yeniləmə yalnız Fransada əlçatandır.