Tramp Ruanda prezidenti ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib


Dünya 27 Yan 2018 05:29:42 266 0

Tramp Ruanda prezidenti ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib

Söhbət Davosda keçirilən Ümumdünya İqtisadi Forumu zamanı baş tutub

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ruanda prezidenti Pol Kaqame ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib.

“Report” xəbər verir ki, o, bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Bu gün Davosda Ruanda Respublikasının prezidenti Pol Kaqame ilə görüşmək mənim üçün şərəfdir. Çox gözəl müzakirələrimiz oldu!" – deyə Tramp bildirib.

Bundan əvvəl Tramp qapalı müşavirədə Afrika ölkələri və Haiti barəsində bunları demişdi: "Biz ümumiyyətlə niyə bu çirkab dolu ölkələrdən bütün bu insanları qəbul edirik?". Onun bu bəyanatı mediada, siyasi və diplomatik dairələrdə qəzəbə səbəb olub.