"Ələt qəsəbəsi azad iqtisadi zona üçün olduqca əlverişli ərazidir"


Digərləri 26 Yan 2018 23:54:00 332 0

"Ələt qəsəbəsi azad iqtisadi zona üçün olduqca əlverişli ərazidir"

Ekspertlər həm iqtisadi zonanın üstünlükləri, həm də yüklərin tranziti baxımından bu layihənin ölkəmizə çox faydalı olacağını deyirlər

Ekspertlər həm iqtisadi zonanın üstünlükləri, həm də yüklərin tranziti baxımından bu layihənin ölkəmizə çox faydalı olacağını deyirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunub. Prezidentin sərəncamına əsasən hazırlanan "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı işçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. O qeyd edib ki, azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib.