3 otaqlı ev əşyaları ilə birgə yanıb


Digərləri 26 Yan 2018 23:27:00 244 0

3 otaqlı ev əşyaları ilə birgə yanıb

Sabirabad rayonu, Yaxa Dəllək kəndində ümumi sahəsi 56 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 16 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.