Uşaqlarda göz xəstəlikləri artıb Həkim SƏBƏBLƏRİ sadaladı


Digərləri 26 Yan 2018 23:07:00 356 0

Uşaqlarda göz xəstəlikləri artıb  Həkim SƏBƏBLƏRİ sadaladı

Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirəklə bərabər, eyni zamanda müəyyən xəstəliklərə də yol açır. Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Və buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur.

Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.

Son.az xəbər verir ki, oftalmoloq cərrah Taryel Rüstəmov modern.az-a bildirib ki, uşaqlar çox erkən yaşlarda telefon və komüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir: 

"Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərin biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər".