Gənclərin yuxusuzluq probleminin əsas SƏBƏBİ açıqlanıb


Digərləri 26 Yan 2018 22:58:00 288 0

Gənclərin yuxusuzluq probleminin əsas SƏBƏBİ açıqlanıb

Kanadalı alimlər gənclərin yuxusuzluq probleminin əsas səbəbini araşdıraraq maraqlı nəticə əldə ediblər. Araşdırmanın nəticəsinə görə gənclərdə yuxu probleminin əsas səbəbi sosial şəbəkələrdir.

Son.az modern.az-a istinadən bildirir ki, gündə cəmi bir saat belə sosial şəbəkədə vaxt keçirmək yuxu rejiminizi alt-üst etməyə kifayət edir. Yeni araşdırmalara əsasən, gündə 60 dəqiqə də olsa Whatsapp, Facebook və Snapchat kimi şəbəkələrdə vaxt keçirən gənclər digərlərinə nəzərən daha çox yuxu problemi yaşayır. Sosial şəbəkədə keçirilən zaman artdıqca yuxu problemi də ona müvafiq olaraq artır.

Araşdırmadan alınan nəticəyə görə, gənc qızlar bu problemə daha çox meyilli olur. Çünki onlar sosial şəbəkələrə daha bağlı olurlar. Alimlər insanların ümumi sağlamlığı üçün 6-13 yaş arasındakı uşaqların gündə  9-11 saat; 14-17 yaş arasında yeniyetmələrin  8-10 saat; 18 yaşdan yuxarı gənclərin isə 7-9 saat arası yuxuya ehtiyacının olduğunu bildirir.