Poroşenko və Tillerson Davosda hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər


Dünya 26 Yan 2018 22:34:00 285 0

Poroşenko və Tillerson Davosda hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Son.az APA-ya istinadən xəbər verir ki, İsveçrənin Davos şəhərində Ukrayna prezidenti Petro Poroşenko və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş olub.

"Müdafiə sahəsində əməkdaşlıq üçün yeni imkanlar görürük. Bu gün dövlət katibi Reks Tillersonla bu əməkdaşlığın müəyyən mərhələləri barədə razılığa gəldik", deyə Ukrayna prezidenti görüşdən sonra qeyd edib.