Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib


Dünya 26 Yan 2018 22:29:48 243 0

Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib

Bu barədə o, ABŞ-ın dövlət katibi ilə görüşdən sonra "Twitter"də yazıb

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşdən sonra "Twitter"də yazıb.

"ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram", - deyə o bildirib.

Poroşenkonun sözlərinə görə, onlar Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.

Xəbər verildiyi kimi, ABŞ Ukraynadakı vəziyyət səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.